Niderland millisinin üzvü Memfis Depaya bir çox təkliflər olsa da, o, Braziliyanı tərk etməyi düşünmür.
Sportal.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı vinger hələ ki “Korintians”da qalmağa üstünlük verib.
Depaya Türkiyə başda olmaqla, Səudiyyə Ərəbistanı və BƏƏ klublarından təklif gəlmişdi. Lakin təcrübəli futbolçu “Korintians”da qalmaq istəyir.
Onun klubun müqavilə müddətini artırmaq təklifinə müsbət yanaşacağı iddia olunur. Memfisin “Korintians”la müqavilə müddəti 2026-cı il avqustun 31-nə qədərdir.
O, əvvəllər PSV, “Mançester Yunayted”, “Lion”, “Barselona”, “Atletiko” klublarında çıxış edib.
