UFC: Nazim Sadıqovun növbəti rəqibi bəlli oldu

12:22 - 8 Mart 2026

UFC-də yüngül çəkidə döyüşən azərbaycanlı Nazim Sadıqovun növbəti rəqibi müəyyənləşib.

Sportal.az xəbər verir ki, 32 yaşlı döyüşçünün yeni rəqibi amerikalı Markel Mederos olacaq. 

UFC 327 çərçivəsində keçiriləcək görüş aprelin 11-də Mayamidə baş tutacaq.

Nazimin son döyüşü ötən ilin dekabrın 6-da fransız Fares Ziamaya qarşı olmuşdu.

Sadıqov həmin matçı uduzmuşdu. 


 

Xəbər xətti