Füzuli Məmmədov: "Növbəti matçlarda mütləq qələbə qazanmalıyıq"

18:20 - 7 Mart 2026

"Karvan-Yevlax" Misli Premyer Liqasının 23-cü turunda doğma meydanda "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Maraqlı oyun oldu. İki komanda da meydanda döyüşkən futbol nümayiş etdirdi. Meydanın hər mövqeyində mübarizə getdi. Futbolçuların meydandakı döyüşkənliyi mənim üçün xoşdur. Pis olan odur ki, qapımıza iki penalti təyin olundu. Qapımızı toxunulmaz saxlamaq üçün çox çalışırıq. Oyun ərzində rəqibin elə də qol epizodu olmadı. Cərimə meydançasının içində diqqətsizlik etdik. Keçidlər zamanı yaxşı fürsətlərimiz oldu. Amma onları dəyərləndirə bilmədik. Qələbə qazanmaq istəyirdik. Futbolçular çox istəkli idilər. Onların hər birinə təşəkkür edirəm. Qarşıdakı matçlara hazırlaşacağıq.

- Ardıcıl 2 oyunda qol vurduz və xal qazandız. Sizndən öncə olan rəqiblərlə xal fərqini aradan qaldırmaq mümkün olacaq?

- Hər oyuna ciddi hazırlaşırıq. Həm futbolçular, həm də məşqçilər korpusu olaraq biz çox ciddi yanaşırıq. Bu matça da qələbə üçün çıxmışdıq. Qalib gələcəyimizə inanırdıq. Təəssüflər olsun ki, cərimə meydançasının daxilində səhv etdik. 2 qol vurub qələbə qazanmaq çətin olur. Sevindirici məqam odur ki, komanda 2 oyundur məğlub olmur. Xal fərqini aradan qaldırmaq üçün növbəti matçlarda mütləq qələbə qazanmalıyıq.

- Hesab edirsiz ki, qapıçı Pedro Mateuş komandanın yarıdan çoxudur?

- Ondan çox razıyam. Qapıçımız hər oyunda özünü yaxşı tərəfdən göstərir. Qapıçı məşqçisinin işini də dəyərləndirməliyik. Pedro kritik qurtarışlar edir. Amma komandanın əziyyətini də yerə vurmaq istəmirəm. 

- Araz Abdullayevin oynamamasının səbəbi nədir?

- Uzun müddət zədəli oldu. Bu oyuna kimi 3 məşqdə iştirak edib. Zədədən qayıtdıqdan 2 gün sonra yeni eyni yerdən ağrı hiss etdi. Onu müalicəyə göndərdik. Yaxşı müalicə keçdi. Qarşıda oyunlar var. Komandaya kömək etmək üçün çox çalışmalıdır.

Elçin Əlixan

Xəbər xətti