Məhəmməd Salah “Liverpul”un ona qarşı münasibətini tənqid edib.
Sportal.az xəbər verir ki, vinger “Lids”lə oyunu (3:3) tam olaraq ehtiyatda keçirib. Ondan əvvəlki iki matça da ehtiyatdan başlamışdı.
“Sadəcə inana bilmirdim ki, 90 dəqiqənin hamısını skamyada oturdum. Bu, artıq üçüncü dəfədir. Məncə, bu, mənim üçün ilk belə haldır.
Çox məyus olmuşam. Bu illər ərzində, xüsusilə də ötən mövsüm bu klub üçün nə qədər iş görmüşəm. İndi isə elə hiss olunur ki, klub məni sadəcə avtobusun altına atdı. Mən özümü məhz belə hiss edirəm. Kimsə istəyir ki, bütün günah mənim boynuma düşsün. Yayda klub mənə çox şey vəd etmişdi. İndi isə skamyadayam və buna görə də deyə bilərəm ki, sözlərini tutmadılar.
Əvvəllər Slotla münasibətlərim yaxşı idi. İndi isə ümumiyyətlə heç bir münasibət yoxdur və niyə belə olduğunu belə anlamıram. Elə bil kimsə məni klubda görmək istəmir. Anama və atama zəng edib “Brayton”la oyuna gəlmələrini dedim. Meydana çıxıb-çıxmayacağım vacib deyil. Sadəcə bundan zövq almaq istəyirəm. “Enfild”də olacağam, Afrika Kubokuna yollanmadan əvvəl azarkeşlərlə vidalaşacağam, çünki oraya gedəndən sonra nə olacağını bilmirəm.
Açığı, bu, mənim üçün qəbuledilməzdir. Əgər başqa klubda olsaydım, hər bir klub öz futbolçusunu qoruyardı. Mən problem deyiləm. Öz yerim üçün hər gün vuruşmuram, çünki o yeri qazanmışam. Mən klubdan böyük deyiləm. Heç nədən böyük deyiləm. Amma bu yeri haqq etmişəm”. – deyə vinger bildirib.
saytlarin hazirlanmasi
