"Neftçi"nin Yuri Vernidub həsrəti bitib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, baş məşqçi postuna əsas namizəd artıq Bakıdadır.
O, gecə saatlarında Ukraynadan Azərbaycana təşrif buyurub.
59 yaşlı çalışdırıcı xüsusi icazə məktubu əsasında ölkəsini tərk edə bilib.
Paytaxt təmsilçisi yerli dövlət qurumlarına bu məqsədlə müraciət ünvanlayıb və razılıq alınıb.
Əks halda, Vernidubun yolunu yanvarın sonunadək gözləmək lazım gələcəkdi. Çünki Ukrayna Rusiya ilə müharibə şəraitinə görə 60 yaşadək kişilərin ölkədən çıxışına qadağa qoyub.
Bu ilin yanvarından bəri heç yerdə çalışmayan, bir ara ordu sıralarına qoşulan, artilerriya diviziyasında döyüşən Vernidubun 60 yaşı gələn il yanvarın 22-də tamam olacaq.
Bakıları son 1 ildə Samir Abasov çalışdırıb. O, noyabrın 24-də, Premyer Liqanın 13-cü turunda «İmişli»yə 2:3 hesablı məğlubiyyətin ertəsi gün istefaya göndərilib.
saytlarin hazirlanmasi
