Premyer Liqa nəhənglərinin istədiyi futbolçu Fransada qalacaq - RƏSMİ

11:50 - 6 Dekabr 2025

"Arsenal" və "Çelsi"nin transfer siyahısında yer alan Ayyub Buaddi "Lill"də qalacaq.

Sportal.az xəbər verir ki, fransalı yarımmüdafiəçi Liqa 1 təmsilçisində qalacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı orta xətt oyunçusu ilə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, Ayyub Buaddi "Lill"in yetirməsidir. Fransa U-21 millisinin üzvü bu mövsüm "şimallılar"ın heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol ötürməsi edib.

Xəbər xətti