“Çelsi”nin hücumçusu Liam Delap şənbə günü “Bornmut”la oyunda (0:0) ciddi zədə alıb.
Sportal.az xəbər verir ki, "talkSPORT"un yaydığı məlumata görə, aldığı çiyin zədəsi səbəbindən 6–8 həftə müddətinə sıradan çıxıb.
Qeyd edək ki, cari Premyer Liqa mövsümündə 22 yaşlı hücumçu 8 oyunda iştirak edib, amma məhsuldar hər hansı göstərici ilə yadda qalmayıb. O, yayda “İpsviç”dən komandaya keçib.
saytlarin hazirlanmasi
