İspaniyanın "Barselona" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, son ölkə çempionu Erik Qarsiyanın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspaniya millisinin üzvü ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Erik Qarsiya "Barselona"nın yetirməsidir. 24 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Kataloniya təmsilçisinin heeyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
