“Barselona”nın hücumçusu Lamin Yamal La Liqada ayın ən yaxşı futbolçusu seçilib.
Sportal.az xəbər verir ki, 18 yaşlı katalon cinah oyunçusu ötən ay İspaniya çempionatında 4 matça çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Səsvermədə Yamal Kilian Mbappeni (“Real”), Antuan Qrizmanni (“Atletiko”), Mikel Oyarzabalı (“Real Sosyedad”) və Jerrar Morenonu (“Vilyarreal”) qabaqlayıb.
saytlarin hazirlanmasi
