"Liverpul" rəhbərliyi Salahın açıqlamaları fonunda Slota dəstək verir

23:53 - 7 Dekabr 2025

Mohamed Salahın baş məşqçi Arne Slotla münasibətlərinin pisləşdiyini açıqladığı müsahibədən sonra, “Liverpul” rəhbərliyi Slota dəstəyini bildirib.

Sportal.az xəbər verir ki, “Liverpul” rəhbərliyi Salahın 21 dekabrda başlayacaq Afrika Kubokuna qədər komandada oynayıb-oynamayacağı məsələsini müzakirə edəcək.

“Klub üçün çox şey etdim, amma məni avtobusa atırlar. Afrika Kuboku öncəsi vida edəcəyəm, sonra nə olacağını bilmirəm,” – Salah “Lids”lə oyundan (3:3) sonra, ehtiyatda oturduğu oyundan sonra bildirib.

Xəbər xətti