"Real" gənc futbolçu üçün 35 milyon avro ödəməyə hazırdır

11:26 - 6 Dekabr 2025

"Olimpiakos"un yarımmüdafiəçisi Kristos Mouzakitis karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Real" yunanıstanlı futbolçunu transfer etmək istəyir. Bu barədə "Defensa Central" məlumat yayıb.

"Kral klubu"nun baş məşqçisi Xabi Alonso Mouzakitisin oyununu bəyənədir. "Real" gənc oyunçu üçün 35 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Kristos Mouzakitis "Olimpiakos"un yetirməsidir. Yunanıstan milllisinin üzvü bu mövsüm Piyer təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol ötürməsi iləə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti