Azər Bağırovun gəlişiylə ümid verməyə başlayan "Kəpəz" Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinə vəsiqə qazanıb. Gəncə klubu "Araz-Naxçıvan"ı mübarizədən kənarlaşdırıb.
"Kəpəz" baxımlı futbol sərgiləsə də, heyətin kasad olması sezilir. Sportal.az saytının əldə etdiyi məlumata görə, Gəncə klubu qışda güclənmək niyyətindədir.
Baş məşqçi Azər Bağırov da bu məlumatı təsdiqləyib. Mütəxəssis deyib ki, qışda bir-iki legioner və digər klublarımızda oyun praktikasından əziyyət çəkən milli üzvləri, milliyə namizəd futbolçuların transferini planlaşdırıblar.
saytlarin hazirlanmasi
