"Qarabağ" - "Ayaks" matçını yayımlayacaq kanal dəyişdi

20:16 - 6 Dekabr 2025

UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turunun "Qarabağ" - "Ayaks" qarşılaşmasının canlı yayımlanacağı kanal dəyişib.

Sportal.az xəbər verir ki, görüşün "CBC Sport"da nümayiş etdirilməsi nəzərdə tutulsa da, sonradan dəyişiklik edilib. Qarşılaşman "İctimai TV" yayımlayacaq. Bu barədə kanalın sosial şəbəkə hesablarında məlumat paylaşılıb:

"Məlum olduğu kimi, “Saran Media” ilə əldə edilmiş razılaşma əsasında 2025/26 mövsümündə UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunları İctimai Televiziyanın canlı efirində təqdim olunur. "Qarabağ" klubunun Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi görüşlər də bu razılaşma çərçivəsində İctimai Televiziya tərəfindən yayımlanır. Tərəflər arasında mövcud sıx əməkdaşlıq fonunda aparılan son müzakirələr nəticəsində əvvəlcədən planlaşdırılan yayım proqramında müəyyən dəyişikliklərin edilməsi məqsədəuyğun hesab olunub. Yayımçı qurumların birgə təşəbbüsü ilə “Qarabağ" – “Ayaks” oyununun İctimai Televiziyanın canlı efirində nümayiş etdirilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, qarşılaşma dekabrın 10-u saat 21:45-də başlayacaq".


Xəbər xətti