"Qarabağ"ın rəqibində itki - 3-4 həftə oynamayacaq

16:25 - 8 Oktyabr 2025

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Napoli" ciddi itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, İtaliya çempionunun yarımmüdafiəçisi Stanislav Lobotka sıradan çıxıb.

Slovakiya milli komandasının düşərgəsində olan futbolçu klubuna geri qayıdıb. 30 yaşlı dayaq yarımmüdafiəçisi təxminən 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Təcrübəli oyunçu bu mövsüm Neapol təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, "Napoli" - "Qarabağ" qarşılaşması 26 noyabr tarixində İtaliyada baş tutacaq.

Xəbər xətti