"AFFA-nın baş məşqçi postunu Ayxan Abbasova tapşırmasını dəstəkləyirəm"

12:59 - 10 Oktyabr 2025

"AFFA-nın baş məşqçi postunu Ayxan Abbasova tapşırmasını dəstəkləyirəm. Gələcək oyunlarda uğurlar arzulayıram. Şans verildisə, müddət də verilməlidir. Necə ki, bundan qabaq gələn legioner məşqçilərə bunlar edilmişdi. Ayxan müəllimə də şans uzunmüddətli olmalıdır. Yeni gəlib. Komandanı yığmağına vaxt lazımdır. Ukrayna ilə görüşdə heç-heçə müsbət idi".

Bu sözləri Sportal.az saytına açıqlamasında milli komandamızın sabiq üzvü Rail Məlikov deyib.

Yığma komandamızda kapitan sarğısını da daşımış Məlikov bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Fransaya qarşı keçiriləcək oyun haqda danışıb:

"Fransa ilə indiyə qədər bir dəfə qarşılaşmışıq. O da uzun illər əvvələr. Əsas odur ki, milli komandamıza dəstək olmalıyıq. Qələbə və heç-heçə olanda necə millinin arxasındayıqsa, pis gündə də həmişə arxasında olmalıyıq. İnanıram ki, uşaqlar da əllərindən gələni edəcək. Gələcəyə pozitiv baxmalıyıq. Çünki evdə oyunlarımız var. İslandiyanı Bakıda qəbul edəcəyik. Xal götürə bilərik. Ayxan Abbasova uğurlar arzulayıram. Təbii ki, Millətlər Liqasında da C divizionuna çıxmaq olar. Çalışmaq lazımdır. Belə də olacağına inanıram".

Xəbər xətti