"Sabah"ın baş məşqçisi: "Səhvlərimizi təhlil edib aradan qaldırmalıyıq"

09:22 - 8 Oktyabr 2025

"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Çexiyanın "Nimburk" klubuna 65:93 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, təmsilçimizin baş məşqçisi Rimas Kurtinaytis oyunla bağlı bir sıra açıqlamalar verib:

Baş məşqçimiz Rimas Kurtinaytisin “Nimburk”la oyundan sonra fikirləri: 

“İlk olaraq rəqibi təbrik edirəm. “Nimburk” öz meydanında ev sahibi kimi oynadı. Bizə gəlincə daha sürətli və daha güclü oynamalı idik. Çempionlar liqasının müntəzəm mövsümündə debüt oyunumuz idi. Səhvlərimizi təhlil edib aradan qaldırmalıyıq. Öz üzərimizdə işləyib digər rəqiblərə qarşı daha yaxşı hazırlaşmalıyıq”.

Qeyd edək ki, "Sabah" ikinci oyununu oktyabrın 15-də Bakıda "Alba"ya (Almaniya) qarşı keçirəcək.

Xəbər xətti