"Turan Tovuz" Panama millisinin üzvü Roderik Millerlə müqavilə müddətini artırıb.
Sportal.az xəbər verir ki, Tovuz təmsilçisi futbolçusu ilə 1+1 illik müqavilə imzalayıb.
Panamalı bununla bağlı instaqram səhifəsində paylaşım edib. O, etimada görə kluba təşəkkür edib:
"Turan Tovuz”la müqaviləmi artırdığım üçün çox şadam. Mənə olan güvənə görə kluba minnətdaram. Eyni ehtiras və məqsədlərlə davam edəcəyik. Çətinlik, sabitlik və inam mənim yolum üçün daha bir addımdır".
2022/2023 mövsümündən “Turan Tovuz”da oynayan Millerin son müqaviləsi 2026-cı il iyunun 30-na qədər idi.