Xarici skautların göz qoyduğu milli üzvü ilə bağlı SON DURUM

19:50 - 8 Yanvar 2026

“Şamaxı”nın əsas fiqurlarından sayılan Rüfət Abbasov karyerasını ölkə xaricində davam etdirə bilər.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, onun xidmətində bir neçə əcnəbi klub maraqlıdır.

Bu məqsədlə xarici skautlar 21 yaşlı müdafiəçinin matçlarını davamlı izləyir.

Hətta milli komandalardakı çıxışına yerində canlı olaraq baxılıb.

Artıq ilkin fikirlər də müsbətdir, lakin keçidin qış fasiləsində baş tutması real deyil.

Rüfət yaxşı performansını belə davam etdirə bilsə, yalnız yay fasiləsində səsi Avropadan gələ bilər.

Xüsusilə gənclər millimizin qarşıdakı matçlarında onun özünü necə göstərməsi çox əhəmiyyətli olacaq.

Abbasov bu mövsüm Premyer Liqada meydana çıxdığı 16 matçda 1 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

“Neftçi”nin yetirməsi əsas milli komandamızda isə 1 görüşə çıxıb.

Xəbər xətti