"Bavariya"nın qapıçısı Daniel Perets karyerasını İngiltərədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, Bundesliqa nəhəngi israilli qolkiperi "Sauthempton"a icarəyə verib. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı "əlcək sahibi" yaya qədər Çempionşip təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, İsrail millisinin üzvü olan Daniel Perets mövsümün ilk yarısında icarə əsasında "Hamburq"da çıxış edib.
saytlarin hazirlanmasi
