"Tez təsir göstərməsi üçün şərabı "Sprite" ilə qarışdırıram" - Lionel Messi

17:38 - 8 Yanvar 2026

"İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi ölkəsində yayımlanan LUZU TV kanalına maraqlı müsahibə verib.

Sportal.az xəbər verir ki, argentinalı vinger bu dəfə futbol haqda yox, həyatə və hobbiləri barədə danışıb. 38 yaşlı futbolçu həssas və romantik insan olduğunu deyib: 

"Astrologiyaya inanmıram. Həssas insanam. Bəzən film izləyərkən ağlayıram. "ChatGPT"dən istifadə etmirəm. Hələ süni intellektə öyrəşə bilməmişəm. Rəqs etməyi o qədər də bacarmıram. Ancaq sərxoş olanda rəqs edirəm. Şərabı sevirəm. Tez təsir göstərməsi üçün şərabı "Sprite" ilə qarışdırıram. Telefonda çox mesajlaşmaqdan xoşum gəlmir. "Tiktok" alüdəçisiyəm. Hər şeyi izləyirəm. Bu sosial şəbəkədə xeyli maraqlı videolar rastıma çıxır. Romantik kişiyəm. Sürpriz hədiyyələri sevirəm".

Xəbər xətti