"Beşiktaş"ı "Fənərbaxça"ya dəyişdi - RƏSMİ

20:17 - 8 Yanvar 2026

"Fənərbaxça" heyətinə yeni qapıçı cəlb edib.

Sportal.az xəbər verir ki, Super Liqa nəhəngi Mert Günoku rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyə millisinin üzvü ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Mert Günok "Fənərbaxça"nın yetirməsidir. 36 yaşlı qolkiperin son klubu "Beşiktaş" olub.

Xəbər xətti