"Fənərbaxça"nı İstanbulun digər klubuna dəyişdi - RƏSMİ

16:59 - 8 Yanvar 2026

"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan uzaqlaşdırılan İrfan Can Kahveci klubdan ayrılıb.

Sportal.az xəbər verir ki, türkiyəli vinger İstanbulun digər təmsilçisi "Kasımpaşa"ya icarəyə verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İrfan Can mövsümün ikinci yarısını Emre Belözoğlunun baş məşqçisi olduğu komandada keçirəcək.

Qeyd edək ki, "Fənərbaxça" İrfan Can Kahvecini 2021-ci ilin yanvar ayında "Başakşehir"dən transfer edib. Türkiyə millisinin üzvü olan 30 yaşlı futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti