Özbəkistan millisi tanınmış futbol adamına tapşırıldı - RƏSMİ

16:40 - 6 Oktyabr 2025

Özbəkistan milli komandasının yeni baş məşqçisinin adına aydınlıqq gəlib.

Sportal.az xəbər verir ki, Asiya təmsilçisini Fabio Kannavarro çalışdıracaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

İtaliyallı mütəxəssislə 2026-cı ilin 31 iyul tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Fabio Kannavaronun son iş yeri Zaqreb "Dinamo"su olub. 52 yaşlı məşqçi bu ilin aprel ayında istefaya göndərilib.

Qeyd edək ki, Özbəkistan yığması 2026-cı ildə keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcək.

Xəbər xətti