Superkompüter "Qarabağ"ın ÇL-in pley-offuna çıxmaq şansını xeyli artırdı

19:10 - 7 Oktyabr 2025

Opta superkompüteri "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsinə çıxmaq şansını əhəmiyyətli dərəcədə yüksəldib.

Sportal.az xəbər verir ki, OptaAnalyst-in hesablamalarına əsasən, "Qarabağ"ın qrup mərhələsində ilk 24-lüyə düşərək Çempionlar Liqasının 1/16 finalında oynamaq ehtimalı 67,6% təşkil edir.

Eyni zamanda, 1/8 finala qədər irəliləmək şansı 7,4% qiymətləndirilir. Analitiklərin proqnozuna görə, Ağdam klubu 11 xal toplayacaq, pley-offdan kənarda qalmaq ehtimalı isə 24,9%-dir.

Müqayisə üçün qeyd edək ki, turnir başlamazdan əvvəl Qurban Qurbanovun komandasının pley-offa düşmək şansı cəmi 3% idi. (Ölkə.az)

Xəbər xətti