"Qalatasaray" "Mançester Siti"nin vingeri üçün danışıq aparır

12:48 - 7 Oktyabr 2025

“Qalatasaray” “Mançester Siti”nin futbolçusu Cek Qrilişi transfer etmək istəyir.

Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, Türkiyə çempionu 30 yaşlı futbolçunun özü və “şəhərlilər”ə təklif göndərib. Hazırda “Everton”da icarə əsasında çıxış edən Qriliş özü də İngiltərəni tərk etməyi düşünür.

İngilisin “Mançester Siti” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Xosep Qvardiolanın sərəncamında görmək istəmədiyi futbolçunun ilk seçimi “Qalatasaray” olacağı iddia edilir. 

"Aston Villa”, “Notts Kounti”də çıxış etmiş Cek 2021-ci ildən Mançester klubunun formasını geyinir və bu mövsümün əvvəlində “Everton”a icarəyə verilib.
 

Xəbər xətti