Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Kayserispor" Markus Gidsolla yollarını ayırıb. Bu barədə klubun prezidenti Nurettin Açıkalın məlumat verib.
Almaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Markus Gidsol mövsümün əvvəlində "Kayserispor"un baş məşqçisi təyin olunub. "Sarı-qırmızılar" Super Liqada 8 turdan sonra 5 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi