"Çelsi" PSJ-nin futbolçusunu istəyir

11:18 - 7 Oktyabr 2025

“Çelsi” PSJ-nin futbolçusu Senni Mayululunu transfer etməyi planlaşdırır.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, London təmsilçisi 19 yaşlı yarımmüdafiəçi üçün hərəkətə keçib.

"Zadəganlar" ən pis halda gənc futbolçunu qışda icarəyə götürməyi planlaşdırır. PSJ-nin bu təklifə hansı cavab verəcəyi hələ ki dəqiq deyil.

Fransa klubunun yetirməsi olan futbolçu 2024-cü ildən əsas komandada oynayır. Onun ölkə çempionu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
 

Xəbər xətti