İngiltərə millisinin və “Bayer”in(Leverkuzen) müdafiəçisi Jarel Kuansa "Liverpul"u tərk etməsinin səbəblərindən danışıb.
Sportal.az xəbər verir ki, "Bild"ə danışan 23 yaşlı futbolçu bunları deyib:
"Mən "Liverpul"da olduğum vaxtda ən yaxşı oyunçulardan nələrsə öyrənmişəm. Bu da şəxsi karyerama çox kömək etdi. 23 yaşım var və bu mərhələdə istədiyimə nail olmaq üçün yüzlərlə oyuna ehtiyac duyuram. Buna görə də “Liverpul”dan ayrılmaq qərarına gəldim. Başqa liqada oynamaq isə ən yaxşı seçimdir".
Kuansa “Liverpul” akademiyasının yetirməsidir. O, "Bayer"lə 2030-cu ilə qədər müqavilə imzalayıb. Bu mövsüm ingilis müdafiəçi Almaniya klubunun heyətində bütün yarışlarda 9 oyuna çıxıb, qol vurub.