Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxacaq.\
Sportal.az xəbər verir ki, D qrupunda yer alan komandamız Parisdə Fransa yığmasının qonağı olacaq.
“Park de Prens” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Norveçdən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
10 oktyabr
Fransa - Azərbaycan
“Park de Prens” stadionu. Saat 22:45
Baş hakim: Rohit Saqqi
Baş hakimin köməkçiləri: Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen
Dördüncü hakim: Daniel Higraff
VAR: Tom Harald Hagen
AVAR: Siqurd Krinqstad
(Hakimlər briqadası Norveçdəndir)
saytlarin hazirlanmasi