Zədəli olduğu üçün Rumıniya klubuna transferi baş tutmadı

20:26 - 8 Oktyabr 2025

"Qalatasaray"ın sabiq futbolçusu Hakim Ziyeşin Rumıniyanın ÇFR klubuna transferi baş tutmayıb.

Sportal.az xəbər verir ki, buna səbəb mərakeşli vingerin zədəli olmasıdır. Bu barədə Kluj təmsilçisinin prezidenti Yoan Varqa açıqlama verib:

"Ziyeşin sol dizində problem var. Onunla müqavilə imzalamayacağıq. Zədə problemləri olan bir futbolçuya bu qədər pul verərək risk etmək istəmirəm".

Qeyd edək ki, Hakim Ziyeş bu ilin yanvar ayında "Qalatasaray"dan ayrıldıqdan sonra "Əl-Duhail"ə keçmişdi. 32 yaşlı futbolçu mövsümün sonunda Qətər klubundan ayrılıb.

Xəbər xətti