Bu mövsüm I Liqanın iddialı klublarından biri kimi qəbul olunan "Mingəçevir" klubu çətinliklərlə üzləşib. Buna iş adamı Adnan Əhmədzadənin həbsi səbəb olub.
Sportal.az saytının əldə etdiyi məlumata görə, klub rəhbərliyi futbolçular qarşısındakı öhdəlikləri yerinə yetirə bilmir. Çünki müqavilələr bağlanarkən, heç kim gedişatın bu cür olacağını təsəvvür edə bilməzdi. Klubun sponsoru ASTA (Azerbaijan Sport Talents Academy) şirkəti olsa da, maliyyənin Adnan Əhmədzadə tərəfindən ayrılması heç kimə sirr deyil. Buna görə də, "Mingəçevir"in ümidi dövlətdən gələn aylıq 30 min manata qalıb. Amma o məbləğ aylıq xərcləri və müqavilə öhdəliklərini qarşılamaq üçün yetərsizdir.
Qeyd edək ki, Bakının Səbail Rayon Məhkəməsi sentyabrın 20-də SOCAR-da yüksək vəzifələr tutmuş Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
saytlarin hazirlanmasi