İspaniya millisinin yarımmüdafiəçisi "Real"ın hədəfində

14:50 - 9 Oktyabr 2025

"Elçe"nin yarımmüdafiəçisi Rodriqo Mendosa La Liqada klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Real" ispaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Defensa Sentral" məlumat yayıb.

"Kral klubu"nun baş məşqçisi Xabi Alonso Mendosanın Çilidə keçirilən U-20 dünya çempionatında İspaniya millisinin heyətində göstərdiyi performansını bəyənib. "Real" 20 yaşlı oyunçunu gələn ilin yayında heyətinə qatmağa çalışacaq. Onun klubu ilə müqaviləsində 24 milyon avroluq sərbəstqalma məbləği yer alıb.

Qeyd edək ki, Rodriqo Mendosa "Elçe"nin yetirməsidir. Gənc yarımmüdafiəçi bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti