"Araz-Naxçıvan" I Liqa klubu ilə heç-heçə etdi

17:55 - 10 Oktyabr 2025

Millinin oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Araz-Naxçıvan" yoxlama matçı keçirib.

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi I Liqanın lideri "Şəfa" ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə yekunlaşıb. "Qırmızı-ağların" heyətində Bəxtiyar Həsənalızadə fərqlənib.

Birinci hissə: Tərlan Əhmədli, İssouf Paro, Vanderson Melo, Bruno Franko, Elçin Mustafayev, Qara Qarayev, Patrik Andrade, Mustafa Əhmədzədə, Nuno Rodriques, Ülvü İsgəndərov, Hamidu Keyta

İkinci hissə: Tərlan Əhmədli, Ömər Buludov, Bəxtiyar Həsənalızadə, İssouf Paro, Slavik Alxasov, Coşqun Diniyev, Mustafa Əhmədzadə, Çarles Boli, Felipe Santos, Bar Kohen, B. Chance Simakala

Xəbər xətti