Türkiyənin "Antalyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Erol Bulut çalışdıracaq. Bu barədə yerli mətbuat məlumat yayıb.
50 yaşlı mütəxəssislə razılıq əldə olunub. Onunla 2 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Antalyaspor" Emre Belözoğlu ilə yollarını ayırıb. Erol Bulutun son iş yeri isə "Kardiff Siti" olub.
saytlarin hazirlanmasi