"Neftçi"yə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqda məlumat verildi - FOTOLAR

00:29 - 12 Oktyabr 2025

"Neftçi"nin məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

Sportal.az xəbər verir ki, “Palms Sports” Futbol Mərkəzində təşkil olunan tədbir AFFA-nın Hakimlər Komitəsinin mütəxəssisi Orxan Məmmədovun iştirakı ilə baş tutub.

Seminarda komandanın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib, maarifləndirici videolar təqdim olunub.


Xəbər xətti