Yamal "Jirona" ilə matçı buraxacaq?

21:30 - 11 Oktyabr 2025

Lamin Yamal “Barselona”nın növbəti oyununu buraxacaq.

Sportal.az xəbər verir ki, “Barselona”nın cinah hücumçusu qasıq nahiyəsində narahatlıq səbəbindən İspaniya yığmasının heyətindən çıxarılmışdı. Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik 18 yaşlı futbolçunun “Real”la oyunda iştirak edib-etməyəcəyinin hələ məlum olmadığını demişdi.

Əvvəlcə Yamalin 18 oktyabrda “Jirona” ilə oyuna qədər bərpa ola biləcəyi bildirilirdi, lakin Mundo Deportivonun məlumatına görə, futbolçu bu görüşü də buraxacaq.

Xatırladaq ki, 26 oktyabrda “El-Klasiko” keçiriləcək.

Xəbər xətti