"Çelsi"nin futbolçusu Argentina millisində zədələndi

20:38 - 11 Oktyabr 2025

İngiltərənin "Çelsi" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Entso Fernandes sıradan çıxıb.

Argentinalı yarımmüdafiəçi milli komandasının toplanışında zədələnib. 24 yaşlı orta xətt oyunçusu müalicə olunmaq üçün London təmsilçisinin düşərgəsinə qayıdıb.

Qeyd edək ki, "Çelsi" Entso Fernandesi 2023-cü ilin yayında "Benfika"dan transfer edib. O, cari mövsümdə "mavilər"in heyətində meydana çıxdığı 17 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti