"Neftçi"nin futbolçuları şəhid və qazi övladları ilə görüşdü - FOTOLAR

15:59 - 12 Oktyabr 2025

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və “Neftçi” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı ilə SOCAR-ın şəhid və qazi əməkdaşlarının övladları ilə görüş keçirilib.

Sportal.az xəbər verir ki, “Palms Sports” Futbol Mərkəzində təşkil olunan görüşdə əvvəlcə Anatoli Banişevski adına iclas otağında uşaqlara “Neftçi” haqda məlumat verilib və klubun tarixi ilə bağlı video-süjet təqdim olunub. Daha sonra A komandanın baş məşqçisi Samir Abasov və futbolçularla görüşən qonaqlarımız onlarla xatirə şəkilləri çəkdiriblər. Uşaqlar istirahət otağında futbolçularla birlikdə müxtəlif əyləncəli oyunlar oynayıblar.

A və B komandaları arasında keçirilən yoxlama oyununu izləyən qonaqlara “Neftçi” tərəfindən xüsusi hədiyyələr də təqdim edilib.


Xəbər xətti