"Arsenal"ın sabiq futbolçusu baş məşqçi təyin olundu

13:17 - 13 Oktyabr 2025

"Arsenal"ın sabiq futbolçusu Cek Uilşer baş məşqçi kimi fəaliyyət göstərəcək.

Sportal.az xəbər verir ki, ingiltərəli mütəxəssis "Luton Taun"u çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Çempionşip təmsilçisi 33 yaşlı çalışdırıcı ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.

Qeyd edək ki, Cek Uilşer futbolçu karyerasını başa vurduqdan sonra "Norviç"də köməkçi məşqçi kimi çalışıb.

Xəbər xətti