"Mançester Yunayted" "İnter"in müdafiəçisini transfer etmək istəyir

17:17 - 14 Oktyabr 2025

"İnter"in müdafiəçisi Federiko Dimarko karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" italiyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim rəhbərlikdən Dimarkonun transferini istəyib. "Mançester Yunayted" yanvar ayında 27 yaşlı sol cinah müdafiəçisi üçün A Seriyası klubuna təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, Federiko Dimarko "İnter"in yetirməsidir. İtaliya millisinin üzvü bu mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti