II Liqada lider dəyişdi, "Şəki Siti" və "Quba"dan qələbə

17:34 - 14 Oktyabr 2025

Futbol üzrə Azərbaycan II Liqasında V tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün 3 qarşılaşma baş tutub.

"Qaradağ Lökbatan" bundan əvvəlki bütün oyunlarda qalib gələn "Xankəndi"dən üstün olub və liderliyi ələ keçirib. "Şəki Siti" və "Quba" da turu qalibiyyətlə başa vurub.

II Liqa, V tur

14 oktyabr

"Quba" - "Göygöl" 2:1
Qollar: 
V.Cəfərov, 73, C.Qasımov, 76 - S.Omarov, 87

"Şəki Siti" - "Şəmkir" 1:0
Qol: 
C.İmamverdiyev, 72
Qırmızı vərəqə: E.Dəmirov, 82 ("Şəki Siti")

"Qaradağ Lökbatan" - "Xankəndi" 2:0
Qollar: 
R.Şahmuradov, 68, Ş.Zəkiyev, 80 (avtoqol)

Xəbər xətti