Milli komandanın baş məşqçisi istefaya göndərildi

17:55 - 14 Oktyabr 2025

İsveç Futbol Assosiasiyası milli komandanın baş məşqçisi Yon Dal Tomassonla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, qurum 49 yaşlı mütəxəssislə yollarını ayırıb. Bu barədə assosiasiyanın mətbuat xidməti məlumat yayıb.

İsveçli çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Tomasson ötən ilin mart ayından yığmada çalışırdı.

Qeyd edək ki, İsveç millisi DÇ-2026-nın seçmə mərhələsinin İsveçrə, Sloveniya və Kosovonun olduğu B qrupunda 4 turdan sonra 1 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti