"Hazırda mənim üçün asan dövr deyil" - Mahir Emrelidən tənqidlərə münasibət

22:05 - 14 Oktyabr 2025

Millimizin hücumçusu Mahir Emreli son vaxtlarda oyununun tənqid olunmasına münasibət bildirib.

Sportal.az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən 28 yaşlı futbolçu bunları qeyd edib:

"Hazırda mənim üçün asan dövr deyil və hər şey olmalı olduğu kimi getmir…Klubumda məndən asılı olmayan səbəblərdən son zamanlarda oynamıram. Bu da milli komandada oyunuma öz təsirini göstərir. Amma heç vaxt ruhdan düşmürəm. Səbrimlə,inamımla, məşqlərimlə öz işimə köklənirəm. Bu yolda mənə ən böyük dayaq, milli komandam, baş məşqçimizin etimadı və dəstəyi oldu. Onların bu güvəni mənim üçün həm məsuliyyət, həm də motivasiyadır. Vacib olan dayanmamaqdır. Heç bir yol asan deyil.  Son üç oyun da məhz bu cür, yeni və ümidverici bir yolun başlanğıcıdır. Təbii ki, bu yol da asan olmayacaq. Amma siz əziz azarkeşlər, bizim üçün sadəcə tribunadakı səs deyilsiniz. Siz bizim meydandakı iradəmiz, gücümüz və qürur mənbəyimizsiniz. Yaxşı günlər qarşıdadır",

Xəbər xətti