"Real"da "Barselona" ilə matça 2 əsas futbolçu dönə bilər

23:01 - 14 Oktyabr 2025

"Real"da ən güclü sağ cinah müdafiəçilərinin "El-Klasiko"ya qədər sıraya dönəcəyinə ümid edirlər. Madrid klubunun "Barselona" ilə La Liqa oyunu 26 oktyabrda keçiriləcək.

Sportal.az xəbər verir ki, "The Athletic"in məlumatına görə, "Realın tibbi heyəti Dani Karvahal və Trent Aleksander-Arnoldun bərpası ilə bağlı nikbindir. Karvahal baldır əzələsində, Trent isə budun arxa hissəsində problem yaşayır.

Eyni hal Din Heysen və digər zədələnmiş oyunçulara da aiddir, lakin Antonio Rüdiger və Ferlan Mendi oyunu dəqiq buraxacaqlar.

Xəbər xətti