"Alonso əgər qapıda oynamağımı desə, əlcək alaram" - Arda Güler

23:41 - 15 Oktyabr 2025

Arda Güler Xabi Alonsonun uğuru üçün hər şeyə hazır olduğunu bildirib.

Sportal.az xəbər verir ki, "Real"ın türkiyəli yarımmüdafiəçisi baş məşqçisi haqda bunları qeyd edib:

“Mənə "Bayer"in oyun tərzi xoş idi. Onun futbolunda tez-tez rəqib meydanında birə-bir vəziyyətdə qalırsan. Bu, bir növ fərdi pressinq kimidir. Burada xarakter və aqressiv düşüncə tərzi tələb olunur.

Necə olursa-olsun, onun planlarına tam etibar edirəm. Əgər bir gün qapıda oynamamı istəsə, əlcək alaram".

Xəbər xətti