Qubada UEFA C kursu keçirildi - FOTOLAR

16:12 - 17 Oktyabr 2025

AFFA-nın təşkilatçılığı ilə Qubada UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib.

Sportal.az xəbər verir ki, oktyabrın 14-dən 17-dək təşkil olunan məşğələlərə təlimatçılar Dəyanət Əliyev və Üzeyir İbrahimov rəhbərlik ediblər.

Kursun ikinci mərhələsi noyabrın 4-dən 7-dək, üçüncü modulu noyabrın 18-dən 21-dək, dördüncü mərhələsi isə dekabrın 15-dən 20-dək olacaq.


Xəbər xətti