"Fənərbaxça" gələn ilin yayında klubla müqaviləsi başa çatan Anderson Talişka ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Super Liqa nəhəngi braziliyalı hücumameyilli yarımmüdafiəçi ilə yollarını ayıracaq. Bu barədə insayder Rudi Qaletti məlumat yayıb.
Talişkanın performansı məşqçilər korpusunu qane etmir. Klub rəhbərliyi də yüksək maaş alan 31 yaşlı futbolçudan qurtulmaq istəyir.
Qeyd edək ki, "Fənərbaxça" Anderson Talişkanı 2024-cü ilin yanvar ayında "Əl-Nəsr"dən transfer edib. Təcrübəli oyunçu bu mövsüm İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi