"Məni artıq "Fənərbaxça" maraqlandırmır"

00:02 - 17 Oktyabr 2025

Joze Mourinyo “Fənərbaxça”nın yeni prezidentinin tənqidlərinə münasibət bildirməyib. Bundan əvvəl Türkiyə klubunun prezidenti Sadettin Saran portuqaliyalı məşqçini tənqid edərək demişdi: “Yay toplanışında gün ərzində yalnız bir məşq keçirilməsi qəbuledilməzdir. Klubda cansıxıcı bir atmosfer hökm sürürdü.”

Sportal.az xəbər verir ki, hazırda "Benfika"ya rəhbərlik edən Mourinyo isə qısa cavab verib: “Məni artıq ‘Fənərbaxça’ maraqlandırmır".

Xatırladaq ki, portuqaliyalı mütəxəssis 2024-cü ilin iyunundan çalışdığı “Fənərbaxça”dan avqustun sonunda istefaya göndərilmişdi.

Xəbər xətti