UEFA "Yuventus"u cəzalandıra bilər - maliyyə məsələlərinə görə

22:49 - 16 Oktyabr 2025

“Yuventus” maliyyə feyr-pley qaydalarını pozmaqda ittiham olunur. Bu barədə Turin klubu öz maliyyə hesabatında məlumat yayıb.

Sportal.az xəbər verir ki, klubun bəyanatında bunlar qeyd olunub:

“Maliyyə feyr-pley göstəricisinə gəlincə, 18 sentyabr tarixində klub UEFA-dan 2022/2023 mövsümündən 2024/2025 mövsümünə qədər olan üçillik dövr ərzində bu göstəricinin mümkün şəkildə aşılması ilə bağlı işin açılması barədə bildiriş alıb. Bu araşdırmanın nəticələri 2026-cı ilin yazında gözlənilir. Həmin proses zamanı UEFA-nın iqtisadi və maliyyə göstəriciləri çərçivəsində klubun cari və gələcək illər üçün fəaliyyət proqnozları da nəzərə alınacaq.

Nəticədə klub maliyyə sanksiyaları ilə və həmçinin idman məhdudiyyətləri ilə üzləşə bilər".

Xəbər xətti