"Çelsi"nin aparıcı futbolçusu "Qarabağ"a qarşı oynamayacaq

15:20 - 17 Oktyabr 2025

UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Çelsi" ciddi itkilərlə üzləşib.

Sportal.az xəbər verir ki, komandanın aparıcı oyunçularından olan Koul Palmer və Benua Badyaşil 6 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu barədə baş məşqçi Entso Mareska məlumat yayıb.

Hər iki futbolçu dekabr ayında komandaya kömək edə biləcək.

Qeyd edək ki, "Qarabağ"ın "Çelsi" ilə oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.

Xəbər xətti